Texnologiya

"Hyundai"nin səbirsizliklə gözlənilən elektrik SUV modeli "Ioniq 9" nəhayət təqdim edildi. Koreyanın avtomobil nəhənginin yeni möcüzəsi, daha əvvəl Los-Anceles Avtomobil Sərgisində nümayiş etdirilən "Ioniq Seven" konseptinə əsaslanır. Bəs bu yeni elektrikli avtomobil nələr vəd edir?

Parametrik Piksel LED işıqlandırma dizaynı ilə diqqət çəkən "Ioniq 9", şirkətin “aerodinamik estetik” fəlsəfəsini əks etdirir. Bu dizayn vasitəsilə hava müqaviməti minimuma endirilir. Əyri dam xətti isə avtomobilə rəqiblərinə nisbətən daha idman üslublu bir görünüş qazandırır.

Avtomobilin salonu da innovativ xüsusiyyətlərə malikdir. Opsional olaraq təklif olunan dönə bilən ikinci sıra oturacaqlar və sürüşdürülə bilən Universal Ada konsolu daxili məkanın çevikliyini artırır. Performans baxımından da iddialı olan "Ioniq 9", üç fərqli güc ötürmə variantı ilə təqdim ediləcək.

Ən güclü, dörd təkərdən çəkişli versiya, 0-dan 100 km/s sürətə cəmi 5.2 saniyəyə çata bilir. 110 kWh-lıq batareya paketi isə 620 kilometrə qədər məsafəni qət etmək imkanı verir. 800V sürətli şarj texnologiyası sayəsində batareyanın qısa zamanda dolması təmin edilir.

Texnologiya baxımından da qabaqcıl olan "Ioniq 9", 12 düymlük əyri cüt ekran, Bose səs sistemi və inkişaf etmiş sürücü dəstək sistemlərini özündə birləşdirir. Bununla yanaşı, avtomobil kablosuz yeniləmə və əlavə funksiyaların aktivləşdirilməsi imkanı da təqdim edir. Bu, avtomobilin texnoloji baxımdan daim yenilənməsinə imkan yaradır.

Cənubi Koreya və ABŞ bazarlarında 2025-ci ilin əvvəlində satışa çıxarılacaq "Ioniq 9", tam xüsusiyyətləri ilə Los-Anceles Avtomobil Sərgisində təqdim ediləcək. Avropa və Türkiyə bazarına isə həmin ilin sonrakı dövrlərində daxil olması gözlənilir.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il