Belçikanın Azərbaycandakı səfirliyi insanları COP29-dakı yekun danışıqların müsbət nəticələrinə ümidli olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik paylaşım edib.
“Bakıda COP29 yekunlaşır, bu günlərdə biz 198 ölkə, vətəndaş cəmiyyəti və özəl sektor liderləri arasında inanılmaz əməkdaşlığın şahidi olduq. Bu gün yekun danışıqlara diqqət yetirərkən, müsbət nəticəyə ümidli olaq! <…> Birlikdə biz fərq yarada bilərik!”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.