Daşkənddə Zəfər Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az Özbəkistanın UzA xəbər agentliyinə istinadən xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Azərbaycan diasporası, universitet tələbələri və media nümayəndələri iştirak edib.
Mərkəzin foyesində tədbirlə bağlı fotoşəkillər və kitab sərgisi təşkil edilib.
Tədbirdə çıxış edən Mərkəzin direktor müavini Nadir Əlimirzayev, 44 günlük Vətən müharibəsindən və Azərbaycan hərbçilərinin qəhrəmanlığından bəhs edib. O, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və orduya göstərdiyi dəstəyin nəticəsində öz torpaqlarını azad etdiyini vurğulayıb.
Tədbir rəsmi hissədən sonra konsertlə davam edib. Azərbaycan və özbək dillərində mahnılar ifa olunub, “Azərbaycan” rəqs ansamblı milli rəqslərini nümayiş etdirib.
Nəzrin Salmanova