İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.
Crossmedia.az xəbər verir ki, nazir təbrikini "X" sosial şəbəkəsindəki hesabında çatdırıb.
Nazir bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qətiyyətli mübarizəsi nəticəsində əldə edilən Qələbə xalqımızın birliyini və möhkəm iradəsini, dövlətimizin qüdrətini təcəssüm etdirir.
“Vətən müharibəsində əldə etdiyimiz Qələbənin rəmzi olan Zəfər Günü münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Vətənimiz Azərbaycana əmin-amanlıq, tərəqqi və firavanlıq diləyirik”, deyə M. Cabbarov təbrikində bildirib.