Gündəm

Ədliyyə naziri Fərid Əhmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Crossmedia.az Nazirliyin mətbuat xidməti-nə istinadən bildirir ki, görüşdə Azərbaycanın BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyi, COP29 tədbirinin ölkəmizdə təşkilinin bu əməkdaşlığın bariz nümunəsi olduğu vurğulanıb. Həmçinin Azərbaycan ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin həyata keçirildiyi qeyd edilib.

Ədliyyə Nazirliyinin BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi, eləcə də qurumun Mərkəzi Asiya və Cənubi Qafqaz Əlaqələndirici Şəbəkəsi ilə sıx münasibətlərinin olduğu, nazirliyin BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Komissiyasının tədbirlərində təmsil olunduğu vurğulanıb.

Eyni zamanda, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün 2024-2027-ci illər üzrə Praktiki Tədbirlər Planı layihəsində Ədliyyə Nazirliyi ilə əməkdaşlığı əhatə edən bəndlərin də olduğu xüsusi vurğulanıb.

Qada Vali ölkəmizin sədrliyi ilə keçirilən COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, müvafiq sahələrdə tərəflər arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il