Azərbaycan və Gürcüstan arasında şəhərsalma sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Crossmedia.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, müzakirələr Ümumdünya Şəhərsalma Forumu (WUF12) çərçivəsində qurumda baş tutub.
Görüş zamanı şəhərsalma sahəsində ölkələrimizin əldə etdiyi nailiyyətlərdən danışılıb. Qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin artırılması perspektivləri müzakirə edilib.