9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir və bu tarix ölkəmizin suverenliyinin, müstəqilliyinin və milli birliyinin simvolu olan bayrağımıza olan sevgini ifadə edir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bu gün Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi bir əhəmiyyətə malikdir. Bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci ildə təsis edilib və o gündən bəri milli kimliyimizi, azadlıq və müstəqillik ideallarını təmsil edir.
Azərbaycan bayrağı hər birimiz üçün qürur mənbəyidir. Bu bayraq altında Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış, qəhrəmanlıq göstərmiş insanlar olub və bu gün də həmin rəmz hər bir azərbaycanlı üçün müqəddəs sayılır. Xüsusilə 44 günlük Vətən müharibəsində bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması bizə xüsusi qürur hissi yaşatdı.
Dövlət Bayrağı Günü gələcək nəsillərə milli rəmzlərimizin əhəmiyyətini aşılamaqla yanaşı, xalqımızı birləşdirən əlamətdar bir gündür. Bayrağımız daim yüksəklərdə dalğalansın və Azərbaycanın müstəqilliyi əbədi olsun!
Ayhan Ağarzayev