Dünya xəbərləri

Maya Sandu Moldova prezident seçkilərinin ikinci turunda 54,96%-lə qalib gəlib. Mərkəzi Seçki Komissiyasının 98,74% protokolun işlənməsindən sonra açıqladığı məlumatlara əsasən Aleksandr Stoyanoglunun səsləri isə 45,04% təşkil edir. 

Crossmedia.az xəbər verir ki, Sandu qələbəsi ilə bağlı "X"də paylaşım edərək həm ölkədaxili, həm də xaricdəki moldovalılara təşəkkür edib:

“Moldova, bu gün sən qalib gəldin. Biz birlikdə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik,” — deyə Sandu qeyd edib.

Qeyd edək ki, xarici KİV-in məlumatına görə, Sandunun üstünlüyü xaricdəki seçki məntəqələrində səs verən seçicilər sayəsində əldə edilib.  Xaricdəki səslər nəzərə alınmasaydı,  prezident seçkilərində Stoyanoglu qalib gəlmişdi. Moldovada o, səslərin 51,19%-ni, Sandu isə 48,81%-ni toplamışdı.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il