İran İsrailə qarşı güclü və kompleks cavab planlaşdırıb. Rəsmi Tehran diplomatlara xəbərdarlıq edib ki, bu cavab hücumu keçmişdə olduğu kimi yalnız dron və raketləri əhatə etməyəcək, həm də daha güclü döyüş başlıqları və digər silahlardan istifadə olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.
Bununla bağlı, SEPAH-ın Qüds qanadının rəsmi “Telegram” kanalı da paylaşım edib. İran rəsmiləri diplomatlara bəyan ediblər ki, ölkə ordusu da SEPAH-la birlikdə İsrailə qarşı cavab
tədbirlərində iştirak edəcək.