ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yardımı kəsərsə, Ukrayna bir neçə ay ərzində nüvə bombası yarada bilər.
“The Times” bu barədə Ukrayna Müdafiə Nazirliyi üçün hazırlanmış sənədə istinadən xəbər verir.
Hesabatda qeyd edilir ki, ölkə 1945-ci ildə Naqasakiyə atılan Fat Man bombasına bənzər texnologiyadan istifadə edərək plutoniumdan tez bir zamanda əsas qurğu yarada bilər.