Dünya xəbərləri

"Krım artıq geri alınmayacaq": Trampın müşaviri bildirib ki, diqqət Ukraynada ərazilərin bərpasından çox sülhə yönəlməlidir.

Donald Trampın baş müşaviri  açıqlamasında gələcək administrasiyanın Ukraynada müharibənin bitirilməsinə yönələcəyini deyib. 

Bu barədə Crossmedia.az BBC saytına istinadən xəbər verir ki, Bryan Lanza sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski "realist sülh planı" ilə masaya oturmalıdır. "Əgər Zelenski sülhü yalnız Krımın geri qaytarılması ilə əlaqələndirirsə, deməli, o, ciddi deyil," deyə Lanza vurğulayıb.

Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib və 2022-ci ildə Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib. Tramp və Zelenski arasında artıq telefon danışığı olub və söhbət "isti və səmimi" keçib.

Tramp müharibəni dayandırmağı və ABŞ resurslarının israfını sona çatdırmağı əsas məqsəd kimi göstərir. Demokratlar isə onu Rusiya Prezidenti Vladimir Putinə yaxınlaşmaqda günahlandırır və bu yanaşmanın Ukrayna və Avropaya təhlükə yaratdığını bildirirlər.

Lanza Krımın geri qaytarılmasının qeyri-real olduğunu və ABŞ-ın əsas məqsədinin "sülh və qan tökülməsinin dayandırılması" olduğunu qeyd edib. O, həmçinin Bayden administrasiyasının və Avropa dövlətlərinin Ukraynaya yetərli dəstək göstərmədiyini tənqid edib.


Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il