Donald Tramp ABŞ prezident seçkilərini "demokratiya və azadlıq üçün böyük zəfər" adlandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp: "Biz hamını birləşdirdik, və bu çox gözəl idi. Bu, müxtəlif mənşəli vətəndaşları ortaq bir sağlam məntiq ətrafında birləşdirən, tarixi dəyişiklik idi" ,- deyə çıxışında bildirib.
Eyni zamanda, o, özünə qarşı sui-qəsd cəhdlərindən də danışıb:
"Bir çox insan mənə deyib ki, Allah həyatımı bir səbəblə qoruyub: bizim ölkəmizi xilas etmək".
Tramp bildirib ki, o, ölkəni sadə bir şüar ilə idarə edəcək: “Verilən sözlər yerinə yetiriləcək”.
Nəzrin Salmanova