ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp türk əsilli Dr. Mehmet Özün "Medicare və Medicaid (sağlamlıq sığortası) Xidmətləri Mərkəzi"nin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bununla da Mehmet Öz senatın təsdiqini tələb edən hökumət vəzifəsinə namizədliyini irəli sürən ilk türk əsilli şəxs kimi tarixə keçib.