Tramp fövqəladə vəziyyət elan etməyi və kütləvi deportasiya proqramını həyata keçirmək üçün hərbi resurslardan istifadə etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Truth Social platformasında bu barədə mühafizəkar fəal Tom Fittonun paylaşımını təkrar paylaşıb.
Tramp qısa bir şərh əlavə edib: «TRUE!!!» («Doğrudur!»).