Dünya xəbərləri

Keçmiş müstəqil prezidentliyə namizəd Robert Kennedi, Donald Trampın yeni administrasiyasında ABŞ-nin səhiyyə qurumlarında yüksək vəzifələr üçün namizədlərin tərcümeyi-hallarını nəzərdən keçirir. 

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur siyasi ailədən olan Kennediyə Səhiyyə və İnsan Xidmətləri Departamenti və Qida və Dərman Administrasiyası daxil olmaqla, səhiyyə qurumlarına təyinatlar üçün namizədləri tövsiyə etmək tapşırılıb. Bu barədə Kennedinin kampaniyasının keçmiş rabitə direktoru Del Bigtri məlumat verib.

Tramp-Vans keçid komandasının sözçüsü Karoline Leavitt bildirib: “Amerika xalqı Prezident Trampa yenidən güvənərək RFK Jr kimi hörmətli liderlərlə birgə Amerika Sağlamlığını Yenidən Bərpa etmək siyasətini dəstəkləyir.”

Kennedi, vaksinlərin daha ciddi testlərdən keçməsini tələb edir. Kennedi Tramp administrasiyasında rəsmi vəzifə tuta və ya məsləhətçi kimi fəaliyyət göstərə bilər.

Bigtri bildirib ki, Tramp Kennedinin xroniki xəstəliklərin azalması ilə bağlı fikirlərinin xüsusilə uşaqlar arasında iki il ərzində nəticə verməsini istəyir. Bigtrinin sözlərinə görə, Kennedi farmaseptik sənayeyə maraq toqquşması olmayan alim və həkimləri tövsiyə edəcək.

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il