Almaniyanın Kansleri Olaf Şolts koalisiyadakı rəqib partiyadan olan maliyyə naziri Kristian Lindneri işdən çıxardığını və hökumətinə etimad səsverməsi keçirəcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım Şoltsun koalisiyasının parlamentdəki çoxluğunu itirməsinə səbəb olub və erkən seçkilərə yol aça bilər.
2021-ci ildən bəri Sosial Demokratlar, Yaşıllar və FDP-nin birgə qurduğu koalisiyada daxili gərginliklər uzun müddət idi ki, mövcud idi. Şolts, Lindnerin partiya maraqlarını ölkə maraqlarından üstün tutduğunu söyləyib. Lindner isə Şoltsu "Almaniyanı qeyri-müəyyənliyə sürükləməkdə" günahlandırıb.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə artan enerji xərcləri və qaçqın axını Almaniyanın iqtisadiyyatına ağır təsir edib. Şolts və Yaşıllar daha çox borclanma istəyərkən, Lindner xərclərin azaldılmasını təklif edir. Yaşılların lideri Habeck isə hökumətdən ayrılmayacaqlarını bildirib.
Elnurə Kərimova