Rusiya və Şimali Koreya arasında Strateji Tərəfdaşlıq müqaviləsi imzalanıb. Crossmedia.az Rusiyanın TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bu müqavilə, bütün sahələrdə münasibətlərin dərinləşməsini nəzərdə tutur. Rusiya Xarici işlər naziri Sergey Lavrov, bu anlaşmanın Avrasiya qitəsində stabilizasiya rolunu oynayacağını bildirib.
Qeyd edək ki, Strateji Tərəfdaşlıq müqaviləsi Rusiya Prezidenti Vladimir Putinin KXDR-yə 18-19 iyun tarixlərindəki səfəri zamanı imzalanmışdır. Müqavilə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını, hərbi-texniki əməkdaşlığı və tərəflərdən birinə hücum edildiyi təqdirdə qarşılıqlı hərbi yardımı nəzərdə tutur.
Nəzrin Salmanova