Dünya xəbərləri

“İsrailə beynəlxalq təzyiqlər artırılmalıdır. Fələstin məsələsi üçün səylərimizi davam etdirəcəyik”.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Türkiyə-Qırğızıstan ⁠Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında deyib.

O, bildirib ki, İsrailin Livana qarşı hücumları bütün bölgə təhlükəsizliyini və beynəlxalq sistemi təhdid edir:

“Şuşada keçirilən qeyri-rəsmi Türk Dövlətləri Təşkilatı Zirvəsində, Qəzzada mülki vətəndaşların ayrı-seçkilik olmadan hədəf alınmasını pisləmiş, təcili atəşkəs və humanitar yardım çağırışı etmişdik. Türk dünyası olaraq Fələstin məsələsinin daimi və ədalətli həlli üçün səylərimizi davam etdirməyimiz olduqca vacibdir”.

Həmçinin, Ərdoğan BMT-yə, xüsusilə də, Qırğızıstana İsrailə beynəlxalq təzyiqləri artırmaq üçün verdiyi dəstəyə görə təşəkkür edib.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il