Dünya xəbərləri

İranın xarici işlər naziri Abbas Əraqçı bu gün Almaniyanın Münhen, Hamburq və Frankfurt şəhərlərindəki İran konsulluqlarının bağlanmasına reaksiya verib.

Crossmedia.az xəbər verir ki, nazir bu barədə özünün “X” sosial şəbəkəsində paylaşım edib.

“İranın Almaniyadakı konsulluqlarının bağlanması bu ölkədə yaşayan və əksəriyyətinin də ikili vətəndaşlığı olan iranlılara qarşı sanksiyadır. Almaniyadakı soydaşlarımı əmin edirəm ki, Berlindəki səfirliyimizin və diplomatik nümayəndəliklərin konsulluq şöbələrini gücləndirməklə, bu vəziyyəti kompensasiya etmək üçün əlimizdən gələni edəcəyik”,- deyə İran rəsmisi qeyd edib.

Qeyd edək ki, Berlin Tehranda İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarmhədin edam edilməsinə etiraz olaraq bu ölkənin konsulluqlarını bağlamaq barədə qərar alıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il