Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət edib:
"Xameneyi rejimini İsraildən daha çox qorxudan bir şey var. Siz İran xalqısınız. Xəyallarınızın sönməsinə imkan verməyin. Xameneyi rejimi hər gün zəifləyir, İsrail güclənir, indiyə qədər dünya gücümüzün yalnız bir hissəsini görüb.
Həmçinin qeyd edib ki, İsrailə qarşı növbəti hücum İran iqtisadiyyatına böyük ziyan vuracaq, bu da onlara milyardlarla dollar baha başa gələcək:
"Bilirəm ki, çoxlarınız bu müharibəni istəmirsiniz. Mən də bu müharibəni istəmirəm. İsrail xalqı bu müharibəni istəmir. Rejim sizi məhv etmək istəyir. Gələcək onların istədiyi kimidir. İranda israillilər və iranlılar birlikdə firavan və dinc bir gələcək quracaq. Gəlin, birlikdə bu gözəlliyi yaradaq!"