Misir xarici işlər naziri Bədr Əbdülati iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı zamanı Yaxın Şərqdə artan gərginliklərə dair xəbərdarlıq edib.
Crossmedia.az El-Erebiyyə-yə istinadən xəbər verir ki, noyabrın 3-də keçirilən bu danışıqda hər iki nazir bölgədəki son hadisələri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bədr Əbdülati, Yaxın Şərqdə sülhün qorunmasının vacibliyini vurğulayaraq, bütün tərəflərin təmkinli davranması lazım olduğunu bildirib. O, bölgədə gərginliyin artmasının qarşısını almağın, sabitliyi təmin etməyin vacibliyini qeyd edib və Yaxın Şərqi genişmiqyaslı müharibəyə sürükləməmək barədə xəbərdarlıq edib.
İranın xarici işlər naziri Abbas Əraqçı isə cavab olaraq, İranın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhdidlərə qanuni müdafiə çərçivəsində cavab vermək hüququna malik olduğunu ifadə edib.