Dünya xəbərləri

Rusiya xarici işlər naziri Sergey Lavrov BMT rəhbərliyini tənqid edərək, onu beynəlxalq hüququ daha obyektiv başa düşməyə çağırıb. 

Crossmedia.az xəbər verir ki, o, bu barədə “Gələcəyin yaradılması” Beynəlxalq Elmi Fantastika Simpoziumunda məlumat verib.

O, BMT baş katibinin rəsmi nümayəndəsinin Rusiya və KXDR-in hərbi planları ilə bağlı sözlərinə diqqət çəkərək, bunun narahatlıq doğurduğunu bildirib. Həmçinin bu yanaşmanın Ukrayna böhranını beynəlxalq münaqişəyə çevirdiyini vurğulayıb. Bu səbəbdən, BMT baş katibinin Ukrayna münaqişəsinin BMT Nizamnaməsi, beynəlxalq hüquq və BMT Baş Assambleyasının qətnamələri əsasında həllini dəstəkləməsinin vacib olduğunu qeyd edib.

Nazir hesab edir ki, BMT baş katibi komandasının beynəlxalq hüququ necə şərh etdiyinə diqqət yetirməlidir. O vurğulayıb ki, təkcə cari münaqişələrə aid olan hissələrin yox, bütün BMT nizamnaməsinin öyrənilməsi vacibdir. 

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il