Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Donald Trampın seçkilərdə qələbəsi Amerika cəmiyyətində Cozef Baydenin prezidentliyinə olan narazılığı göstərir.
Crossmedia.az xarici KİV-ə əsasən bildirir ki, Lavrovun sözlərinə görə, Tramp təcrübəli siyasətçi kimi iqtisadiyyatın əsas məsələlərinə və amerikalı seçicilər üçün qeyri-qanuni miqrasiyaya diqqət yetirir ki, bu da ona qarşı aparılan təbliğat kampaniyasına baxmayaraq, onun son qələbəsində mühüm amilə çevrilib.
Eyni zamanda, nazir əlavə edib ki, Trampla bağlı heç bir illüziyası yoxdur və ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edərək, Amerikanın yeni administrasiyası ilə işləmək niyyətindədir.
Gültac Mehdizadə