ABŞ prezidentliyinə namizəd Kamala Harris seçki məntəqələrində uzun növbələrdə dayanan tələbələrə dəstək olmaq üçün məşhurları işə cəlb edib.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, bu kampaniya çərçivəsində məşhurlar Pensilvaniya, Şimali Karolina, Viskonsin və Las-Veqas universitetlərinin kampuslarını ziyarət ediblər.
Kampaniyaçılar təsdiqləyiblər ki, bəzi yerlərdə uzun növbələr yaranır, nəticədə tələbələr saatlarla növbələrini gözləməli olublar.
Bundan əvvəl media Harris və onun rəqibi respublikaçı Donald Trampın seçki üstünlüklərini təhlil edərək qeyd etmişdi ki, demokratlar diqqəti gənc nəslin dəstəyinə yönəldirlər.
Gültac Mehdizadə