İtaliya Kiyevin öz ərazisindən kənarda silah istifadəsinə icazə verməkdən imtina edib.
Crossmedia.az "Le Monde"yə istinadla xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani Ukraynaya tədarük edilən silahlarla bağlı İtaliyanın mövqeyini təsdiqləyib:
"Ukraynanın silahdan istifadəsinə dair mövqeyimiz dəyişməyib: onlardan yalnız Ukrayna ərazisində istifadə oluna bilər", - nazir Brüsseldə Aİ diplomatiya rəhbərlərinin görüşündə deyib.