İranın İslam İnqilabı Keşişləri Korpusu (KİK, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanının müavini, admiral Əli Fədəvi ABŞ və İsrailin İran ərazisinə qarşı preventiv zərbə endirməyini istisna etmədiyini bildirib.
"Biz ABŞ və siyonist rejimi (İsrail – red.) tərəfindən "Dürüst vəd-3" əməliyyatını həyata keçirməyə mane olmaq məqsədilə hər hansı bir preventiv hücumu istisna etmirik", – deyə o bildirib.
Fədəvinin sözlərinə görə, İsrailin İrana qarşı müqavimət göstərəcək gücü yoxdur. O, əlavə edib ki, İranın silah və hücum üçün kifayət qədər vasitələri var.