İsrail ordusunun döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Seyyidə Zeynəb bölgəsinə hücum edib.
Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, hücum Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda, bölgənin cənub-şərq ətrafında həyata keçirilib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) verdiyi məlumata görə, hücumun əsas hədəfi Hizbullah və SEPAH-ın (İran İnqilab Keşikçiləri Korpusu) istifadə etdiyi bir ferma olub.
Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada hücum nəticəsində xeyli ziyan dəydiyi bildirilib. Hazırda bölgədəki itkilər və dağıntılarla bağlı dəqiq məlumat verilməsə də, hücumun Suriya və bölgədəki gərginliyi artırdığı vurğulanır.