İraq Xarici İşlər Nazirliyi İranın bu ölkə ərazisindən İsrailə hücumlarla bağlı xəbərləri təkzib edib.
İraqın Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn İranın İraqın hava məkanından istifadə edərək İsrailə hücum edəcəyi ilə bağlı xəbərlərə reaksiya verib:
“ABŞ mətbuatının İranın ərazimizin içindən İsrailə hücum etmə ehtimalı ilə bağlı yaydığı xəbərlər doğru deyil. Biz İrandan və müxtəlif tərəflərdən gələn bu xəbərlərin gerçəkliyini yoxladıq və indiyədək bununla bağlı hər hansı bir hərəkət görmədik”. (Əl-Aləm)