Dünya xəbərləri

Bu gün İranın İrəvandakı səfiri Mehdi Sübhani Qafan şəhərində keçirilən İran-Ermənistan dəyirmi masası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən Zəngəzur dəhlizi məsələsini "iddia" adlandıraraq deyib:

“Bizim mövqeyimiz aydındır və biz bu sözü (Zəngəzur dəhlizi) işlətməkdə maraqlı deyilik. Eyni zamanda, Ermənistanın suverenliyi altında hər hansı bir dəhlizin açılması ilə razıyıq. Biz geosiyasi dəyişikliklər yaradan hər şeyin əleyhinəyik”.

Bu barədə Crossmedia.az İSNA-ya istinadən xəbər verir.

Onun sözlərinə görə, Araz çayı üzərindəki körpü İran və Ermənistan arasındakı gələcək qarşılıqlı əlaqələr üçün yetərli deyil və yeni körpü tikilməlidir. Mehdi Sübhani bildirib ki, ilin sonuna qədər iki ölkə arasında yüksək vəzifəli rəsmilər mühüm səfərlər həyata keçirəcəklər. İran, Ermənistan və Hindistan rəsmiləri arasında nəqliyyatla bağlı üçtərəfli görüşə toxunan diplomat vurğulayıb ki, “Tehran bu əməkdaşlığı üç ölkənin xeyrinə hesab edir”.

“Qafandan İranın müxtəlif şəhərlərinə birbaşa uçuşlar olacaq. Ermənistanın təhlükəsizliyi və inkişafı İranın təhlükəsizliyi və inkişafı deməkdir. Fars körfəzi – Qara dəniz dəhlizinin yaradılmasına heç bir mane yoxdur. Ermənistan İranı Qara dənizlə birləşdirən mərkəzdir”, - deyə, səfir qeyd edib. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il