Dünya xəbərləri

İranın xarici işlər nazirinin müavini vəzifəsini icra edən Seyid Əbdürrəsul Mühacir ölkənin Culfa sərhəd məntəqəsində olarkən İranla Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin yenidən açılmasını vurğulayıb. O, bildirib ki, İran XİN bununla bağlı danışıqlar aparır. 

Crossmedia.az xarici KİV-ə istinadən xəbər veir ki, sərhəd məntəqəsinə səfərdə Seyid Əbdürrəsul Mühacirlə yanaşı, Culfanın şəhər başçısı Məhəmməd Bamdadi, İranın Qafandakı baş konsulu Murtuza Abedin Vəramin də iştirak edib. Əbdürrəsul Mühacir yeni Araz tranzit yolunun (Culfa-Nurduz-Kəlalə) yaradılmasına toxunaraq, Culfa şəhərinin sərhd terminalının düzgün şəkildə inkişaf etdirilməsini zəruri hesab edib.

Qeyd olunub ki, Culfa İranla Naxçıvan arasında ümumi, Nurduz isə Ermənistanla yeganə quru sərhəd terminalıdır. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il