İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əhməd Əcəm yeni Tramp administrasiyasında İran və ABŞ arasında regional məsələlər üzrə danışıqların mümkünlüyünə işarə edərək vurğulayıb ki, İran “müqavimət hərəkatının” tərəfdarı kimi ”Qəzza və Livanda atəşkəs kimi məsələləri müzakirə etməyə hazırdır".
Crossmedia.az xəbər verir ki, o, bu barədə İran KİV-nə müsahibəsində deyib: "İran Yaxın Şərq regionundakı məsələlərdə digər tərəflərlə danışıqlar apara bilər, lakin heç vaxt “müqavimət hərəkatı”nın və ya region ölkələrinin xalqlarının maraqları barədə danışıqlar aparmayacaq".
Millət vəkili habelə, yenə ABŞ hökumətinin fəaliyyətə başlaması ilə İrana qarşı sanksiyaların təzyiqinin artacağını proqnozlaşdırıb və vurğulayıb ki, İslam Respublikası bu təzyiqlərin öhdəsindən gəlmək üçün region ölkələri ilə müqavimət və konstruktiv əməkdaşlıq strategiyasının tərəfdarıdır.