HƏMAS Livan Hizbullahının mətbuat katibi Məhəmməd Afifin İsrailin Beyrutu atəşə tutması nəticəsində öldürülməsini qınayıb və bu hücumu "qeyri-insani hərəkət" və "sionist rejimin alçaq cinayəti" adlandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, bəyanatda mərhumun ailəsinə başsağlığı verilib, həmçinin qətlin “müqavimət səsini” susdurmayacağı vurğulanıb.
HƏMAS bildirib ki, müqavimətin tanınmış simasına çevrilən Afif İsrailin cinayətlərini və yalançı təbliğatını ifşa edib.
Qeyd edək ki, Hizbullah da başsağlığı verib, Afifin media cəbhəsində önəmli bir sima olduğunu qeyd edərək, İsrail mediasının yalan bəyanatlarına qarşı çıxıb. İsrailin Beyrutun Ras əl-Neba bölgəsindəki binaya endirdiyi zərbə onun ölümünə səbəb olub.
Gültac Mehdizadə