Dünya xəbərləri

Hakim “Gürcü arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib ki, hakim təşkilat oktyabrın 26-da keçirilən parlament seçkilərində müxalifət partiyaları tərəfindən saxtakarlıq faktları ilə bağlı prokurorluğa məlumat göndərir.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu barədə bu gün keçirilən brifinqdə deyib: “Gürcü arzusu"nu dəstəkləyən seçicilərə öz məntəqələrində səs vermək imkanı verilmədiyi 81 hal müəyyən etmişik".

Mdinaradzenin sözlərinə görə, bu seçicilər öz məntəqələrinə gələrək həlledilməz problemlə üzləşiblər, çünki onlar bu məntəqələrdəki siyahılarda özlərini tapmayıblar və başqa şəhər və rayonlarda müxalifət partiyalarının müşahidəçisi kimi qeydiyyatda olublar.

“Hakim partiyanın tərəfdarı kimi tanınan konkret seçicilər öz seçki məntəqələrində özlərini siyahıda görməyiblər və bu, artıq cinayətidir”, - Mdinaradze bildirib.

O qeyd edib ki, “Gürcü arzusu” mümkün seçki saxtakarlığı faktları ilə bağlı prokurorluqda aparılan istintaqın tərkib hissəsi kimi seçicilərə öz seçki məntəqələrində səs vermək imkanının verilməməsi hallarına diqqətlə baxılmasını xahiş edir.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il