Türkiyə ticarət naziri Ömər Bolat İsrail-Fələstin münaqişəsi ilə bağlı verdiyi açıqlama ilə diqqət çəkib.
Crossmedia.az xarici mətbuata istinadən yazır ki, Bolat Türkiyənin İsrail ilə ticarətə yönəlmiş olan gömrük sisteminin tamamilə qapalı olduğunu bildirib:
"Yalnız təyinat yeri Fələstin olduğu və alıcının Fələstin idxalçısı olduğu təsdiqləndiyi halda icazə verilir. Ölkəmiz bu mexanizm ilə aciz Fələstin xalqının ehtiyaclarını qarşılanmasına və Fələstinin haqlı vəziyyətində iqtisadi olaraq da yanında olmağa və ona lazımi dəstək göstərməyə davam edəcəyik", deyə nazir qeyd edib.