Estoniya Polisi və Sərhəd Mühafizə Şurası pilotsuz təyyarələri izləmək və zərərsizləşdirmək üçün şərq sərhədində və böyük şəhərlərdə “dron divarı” yaratmağı planlaşdırır.
Crossmedia.az xarici KİV-ə əsasən bildirir ki, layihənin məqsədi qaçaqmalçılıq və ya kritik infrastrukturu təhdid etmək üçün istifadə edilən dronlar da daxil olmaqla, bütün alçaqda uçan obyektləri izləyə bilən sistemin hazırlanmasıdır.
Qeyd edək ki, akustik rabitə, radiomonitorinq və digər texnologiyalardan istifadə etməyi planlaşdıran layihə 2025-ci ilin əvvəlində başlayacaq. Estoniya hökuməti Aİ fondlarının mümkün dəstəyi ilə onun həyata keçirilməsi üçün üç il ərzində 12 milyon avro ayıracaq.
Gültac Mehdizadə