Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan konstitusiya dəyişikliyi məsələsinin sülh sazişinə daxil olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə hazırda sülh sazişinin bütün maddələri üzrə yekun razılıq əldə olunmayıb.
Kostanyan əlavə edib ki, hazırda dövlət başçıları və ya xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi ilə bağlı razılıq da mövcud deyil.