Dünya xəbərləri

Ermənistan baş nazirinin Aparatının İctimai Əlaqələr və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Ermənistan-İran: əməkdaşlıq prosesi və yeni perspektivlər” adlı seminar çərçivəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın beyin mərkəzlərinin ekspertləri ilə görüşüb.

Crossmedia.az “Miran Press” “Teleqram” kanalı-na istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi ekspertlərin Ermənistana səfərini alqışlayıb və siyasi dairələrlə ekspert icmasının nümayəndələri arasında etimadın və şəffaflığın möhkəmləndirilməsinə yönəlmiş belə seminarların keçirilməsinin vacibliyini vurğulayıb.

Qriqoryan Ermənistan-İran əlaqələrinin inkişaf kursunu təqdim edib və iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, Ermənistanın regionallaşdırma siyasətini, hökumətin “Sülh kəsişməsi” layihəsini, Ermənistan-Qərb münasibətlərini şərh edib, habelə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesinə və son hadisələrə toxunub. Görüşün ikinci hissəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi ekspertlərin suallarını cavablandırıb.

Ermənistan baş nazirinin müavini də İranın beyin mərkəzlərinin ekspertləri ilə görüşüb.

Dünəndən Ermənistanda səfərdə olan İranın ekspertləri və siyasi analitik mərkəzlərinin nümayəndələri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla görüşüblər.

Məlumata görə, danışıqlar zamanı iqtisadi, siyasi və təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin inkişafı, o cümlədən “bəzi qonşuların” fəaliyyəti, Qarabağ, Azərbaycanla sülh danışıqları və iki ölkə arasında dəhliz əməkdaşlığına dair müzakirələr aparılıb. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il