İran və Ermənistan sərhədində yerləşən «Nurduz» sərhəd məntəqəsi erməni sürücülər tərəfindən bağlanıb.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki,ermənilər İranın dizel yanacağının qiymətini kəskin artırmaq qərarına etiraz edirlər.
Qaydalara əsasən, sürücülər İrana yanacaq olmadan daxil olmalı və dolu yanacaq çəni ilə qayıtmalıdırlar. Lakin son vaxtlar İran dizel yanacağının qiymətini 1,5 dəfə artırıb.
Ermənilər həmçinin İranda nəzarət tədbirlərindən keçmək üçün verilən buraxılış sənədlərinin yalnız fars dilində tərtib edilməsindən və erməni dilinə tərcüməsinin olmamasından narazıdırlar.