Tavus vilayətində erməni hərbi qulluqçunun meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı məlumatı təsdiqləyib.
Nazirliyin məlumatına görə, söhbət Ağrı vilayətinin 19 yaşlı sakini Narek Qriqoryandan gedir.
Ermənistan mətbuatı isə hərbi qulluqçunun asılmış vəziyyətdə tapıldığını yazıb.