Bayden G20 sammitində Lavrovu Ukraynanı dəstəkləməyə dəvət edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir.
Co Bayden Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlər atmasına icazə verməsindən sonra ilk dəfə Ukrayna haqqında açıq danışıb. O, danışıqlar masası arxasında əyləşənlərə, eyni zamanda Lavrova müraciət edib.
"Birləşmiş Ştatlar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, bu masada olan hər kəs dəstəyə qoşulmalıdır".
Həmçinin prezident bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü “tarixdə ən yüksək ərzaq qiymətlərinə gətirib çıxarıb”.