“Bakıda COP29 davam edir. Bu gün öyrəndim ki, Ermənistan hələ də nümayəndə heyətinin göndərilib-göndərilməyəcəyi ilə bağlı danışıqlar aparır. Bakıya nümayəndə heyəti göndərin”- bunu amerikalı iqtisadçı, akademik, ictimai siyasət analitiki, professor Cefri Saks İrəvanda mühazirəsi zamanı deyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Onun sözlərinə görə, bunun Bakıda olub-olmamasının əhəmiyyəti yoxdur.
“Bunun Bakıda olub-olmamasının nə əhəmiyyəti var? Bu, sadəcə olaraq qlobal böhranla bağlı dünya konfransıdır və harada olmasının heç bir əhəmiyyəti yoxdur”, - deyə Saks qeyd edib.
O həmçinin bildirib ki, konfransa hər il bir ölkə ev sahibliyi edir, bu, ekoloji böhranla bağlıdır.
Professor eyni zamanda çirklənmə böhranından da danışıb.