BMT 2024-cü ilin oktyabr ayında Yəməndəki tərəflərlə sülh danışıqlarını bərpa etmək məqsədilə bir sıra təmaslara başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “İzvestiya”ya BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Grundberqin ofisindən məlumat verilib. Mənbənin verdiyi məlumata görə, Husi üsyançılarının ticarət gəmilərinə hücumları və ABŞ-nin cavab tədbirləri Yəməndəki sülh prosesini təhdid edir.
Əvvəllər “Ansar Allah” hərəkatı “İzvestiya”ya sülh prosesinə açıq olduqlarını bəyan edib. Hazırda münaqişə tərəfləri atəşkəsin dayandırılması və nəqliyyat yollarının açılması ilə bağlı birgə müzakirələr aparırlar.