ABŞ Prezidenti Cozef Bayden və yeni seçilmiş prezident Donald Tramp noyabrın 13-ü Ağ evin Oval kabinetində görüşəcəklər.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
Xatırladaq ki, noyabrın 5-də keçirilən prezident seçkilərində vitse-prezident Kamala Harrisi məğlub edərək qalib gələn Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Bayden əvvəlcə yenidən seçilmək niyyətində idi, lakin iyul ayında Trampa qarşı debatda zəif performans göstərdikdən sonra yarışdan geri çəkilib.