Dünya xəbərləri

İraqın nüfuzlu şiə lideri Ayətullah Əli Sistani İraqda silahın yalnız dövlətin əlində olması və xarici müdaxilənin qarşısının alınmasının vacibliyini vurğulayıb. 

Crossmedia.az Əl-Ərəbiyyəyə istinadən xəbər verir ki, İsrailin İrana son hava hücumunun yaratdığı gərginliyin fonunda Sistani, BMT nümayəndə heyəti ilə görüşündə İraqda sabitliyin və qanunun aliliyinin təmin edilməsinin əhəmiyyətinə toxunub.

Görüş zamanı Ayətullah Sistani, silahlı qrupların tərk-silah edilməsi və yalnız dövlətin nəzarətində qalmasının zəruri olduğunu qeyd edib. Bununla yanaşı, o, İraq cəmiyyətində korrupsiya ilə mübarizənin gücləndirilməsinin, idarəçilikdə şəffaflığın təmin olunmasının əhəmiyyətini vurğulayıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il