Avstraliyanın baş naziri Entoni Albanese deyib ki, səlahiyyətlilər 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırırlar. Nazirlər Kabineti bazar ertəsi yaş məhdudiyyəti ilə bağlı qanun layihəsini təsdiqləyib.
“Sosial media uşaqlarımıza zərər verir. ...Və mən istəyirəm ki, avstraliyalı valideynlər və ailələr bilsinlər ki, hökumət sizin arxanızdadır”.