Dünən Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ MAQATE-nin Rəhbərlər Şurasının iclasında İrana qarşı qətnamə təqdim edəcəklər.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya XİN sözçüsü bununla bağlı deyib ki, “İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və təhlükəsizlik təminatı müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyib. Rafael Qrossinin Tehrana səfəri bu qiymətləndirməni dəyişməyib”.
Eyni zamanda adıçəkilən ölkələr İranı da müvafiq addımlar atmağa çağırır.