ABŞ Hərbi Hava Qüvvələri F-35 qırıcıları üçün ilk yüksək sürətli, uzun mənzilli havadan yerə zərbə raketi SiAW (Stand-in Attack Weapon) alacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, SiAW raketi əhəmiyyətli məsafələrdə sürətlə hərəkət edən ballistik və gəmi əleyhinə raket buraxılış qurğularını, elektron müharibə sistemlərini və hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, proqram bu raketlərin təxminən 9 milyard dollara alınmasını nəzərdə tutur. Sınaqlar başa çatdıqdan sonra faktiki istehsal və tədarüklər 2026-cı ildə başlayacaq.
Gültac Mehdizadə