Dünya xəbərləri

Donald Trampın çevrəsinə yaxın mənbələrin məlumatına görə, yeni administrasiya “maksimum təzyiq” siyasətini bərpa etmək və İranın neft gəlirlərini məhdudlaşdırmaq üçün qətiyyətlə hərəkət etmək niyyətindədir. Xüsusilə, səlahiyyətlilər İran neftini idarə etməyə davam edən xarici limanları və treyderləri hədəf almağı planlaşdırır.

Crossmedia.az "The Wall Street Journal” qəzeti-nə istinadən məlumat verir  ki, yeni seçilən prezidenti və digər keçmiş Amerika rəsmilərini öldürmək istəyən Tehranla münasibətlərin bu dəfə daha pis olacağı ehtimalı var.

Digər tərəfdən qəzetdə yazılıb ki, Vaşinqton və Tehran arasında davam edən “qarşılıqlı düşmənçilik”ə baxmayaraq, Trampın ikinci prezidentliyi dövründə ölkələr arasında diplomatik razılaşmaların əldə oluna bilməsi ehtimalı var. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il