ABŞ-də prezident seçkilərində səslərin sayılması prosesi davam edir və bir çox ştatda yaxın mübarizə müşahidə olunur. Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp arasındakı rəqabət gərginləşdikcə nəticələrin elan edilməsi ilə bağlı maraq artır. Seçkilərin yekun nəticələrinin nə vaxt bəlli olacağı və qalibin nə zaman elan ediləcəyi seçicilər və izləyicilər üçün böyük maraq doğurur.
Bəzi ştatlarda qələbələr proqnozlaşdırılsa da, digərlərində hələ də seçicilər səs verir. Xüsusilə hazırda bütün diqqətlər səslərin sürətlə hesablandığı və dörd milyondan çox sakinin erkən səs verdiyi Corciya kimi mühüm ştatlarda səslər sürətlə sayılır. Nəticələr hər ştat üzrə elan olunur.
2024-cü il seçkilərinin nəticələri nə vaxt açıqlanacaq?
İlk seçki məntəqələri çərşənbə axşamı bağlandı və sonuncular çərşənbə günü səhər bağlanacaq. Bəzi prezident seçkilərində qalib gecə saatlarında, bəzilərində isə növbəti gün bəlli olub. Bu il də rəqabət yaxın olduğu üçün nəticələrin tezliklə elan edilməsi çətin ola bilər. Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp həftələrdir ki, başabaş mübarizə aparırlar.
Əvvəlki seçkilərdə nəticələr necə açıqlanıb?
2020-ci ildə Baydenin qələbəsi seçkidən dörd gün sonra elan edildi, 2016-cı ildə isə Trampın qələbəsi məntəqələr bağlandıqdan bir neçə saat sonra elan olundu. 2000-ci il seçkilərində isə nəticələr beş həftə sonra aydın oldu.
Səslər necə sayılır?
Seçki günü səsləri ilk olaraq sayılır, daha sonra erkən və poçtla verilmiş səslər yoxlanılır. Səsvermənin qaydaları ştatlara görə fərqlidir və bülletenlərin düzgünlüyü ciddi şəkildə yoxlanılır.
Nəticə etibarı ilə yanvarın 6-da yeni Konqres seçki kollegiyasının səslərini sayacaq və prezidentin qələbəsini təsdiqləyəcək. Andiçmə mərasimi 20 yanvar 2025-ci ildə keçiriləcək.
Elnurə Kərimova