Amerika

ABŞ siyasətində dəyişikliklər özünü göstərməyə başlayır. Dövlətin 47-ci prezidenti Donald Tramp özündən əvvəl verilmiş siyasi qərarları yeniləmək niyyətindədir. Məlum olub ki, D.Tramp vəzifəsinin ilk günündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verib. Bu qərarı ölkənin gələcəyi üçün müsbət qiymətləndirmək olar ya yox? 

Məsələ ilə bağlı Crossmedia.az saytına açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, D.Trampın bu qərarı gözlənilən idi:

“Belə ki, Tramp İsrailə tam dəstəyini hələ keçən hakimiyyət dönəmindən ifadə etmişdi. Trampın hal-hazırdakı administrasiyasının formalaşma prosesi davam edir və təyin olunan şəxslərin kimliklərinə baxsaq, bu siyahının İsrailin dostlarından ibarət olduğunu görərik. Trampın bu addımını ölkədə gərginliyin artırılması kimi yox, daha çox İsrailin müdafiəsinə və Amerikanın müttəfiqlik münasibətlərinə uyğun bir davranış kimi dəyərləndirməyin doğru olduğunu düşünürəm”.

O.Qasımov İsrailin ABŞ siyasətində xüsusi yer tutduğunu da qeyd edib: 

“İsrail ABŞ-nin bir nömrəli müttəfiqidir. ABŞ-nin İsraili qorumaq üçün bütün variantlardan istifadə edəcəyinə şübhəm yoxdur. Trampın İsrailə şəxsi münasibəti, İsrail baş naziri Netanyahu ilə yaxınlığı və formalaşdırdığı komanda üzvlərinin əksəriyyətinin İsrailə çox yaxşı münasibətlərdə olmaları bu addımın gözlənilən olduğunu deməyə imkan verir”. 

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il